"Neftçi" Mutunun etimadını doğrultmayan legioneri icarəyə verir

13 Dekabr 2023 14:20 Neftçi 2 071
"Neftçi" Mutunun etimadını doğrultmayan legioneri icarəyə verir

«Neftçi»nin belaruslu hücumçusu Yeqor Boqomolski yeni ilə böyük ehtimalla, başqa klubda başlayacaq.

Bakılılar onu icarəyə verməyi qətiləşdirib. Adrian Mutu Aaron Olanare ilə yanaşı, Boqomolskini də «gözdən çıxarıb».

Baş məşqçi qol yollarında passiv təsir bağışlayan Belarus yığmasının forvardına komanda tapmaları üçün funksionerlərə raport təqdim edib.

Burada əsas heyətə nadir hallarda düşən Yeqor icarəyə verilməsinin əleyhinə deyil. Əksinə, bu variantın reallaşmasını səbirsizliklə gözləyir.

Çünki elçiləri qapıdadır. «Qəbələ» və «Zirə» 23 yaşlı hücumçunu 6 aylıq sıralarına qatmağa hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM