«O, indiyədək «Qarabağ»da forma geyinmiş hücumçulardan fərqlənir».
Futbol eksperti Emin Abbasov bu iddia ilə çıxış edib.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ağdam klubunun hücumçusu Juninoyodan danışıb.
Premyer Liqanın geridə qalan 16 həftəsində 12 qol vuran braziliyalı forvardın performansına toxunan ekspert bildirib ki, o, spesifik xüsusiyyətləri ilə ön plana çıxmağı bacarıb.
«Sambaçı»nı vaxtilə «Qarabağ»ın formasını geyinmiş Reynaldo, Kadi, Dino Ndlovu kimi əcnəbilərlə müqayisə edən Abbasov deyib ki, Juninyo həm texnikalı, həm də fiziki gücə söykənən tərziylə seçilir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

