"Onunla tez-tez danışırdıq, ümumi mövzular çox olub".
Sportinfo.az xəbər verir ki, "Neftçi"nin hücumçusu Lukas Melano belə deyib.
Argentinalı legioner ABŞ-da "Qarabağ"ın sabiq forvardı Samuel Armentorrosla komanda yoldaşı olmasını xatırlayıb:
"Onunla çox yaxşı münasibətimiz var. Sırf Azərbaycan haqda danışığımız olmayıb.
Samuel də zəngin karyeraya malikdir. Oynadığımız ölkələr, klublar haqda danışırdıq.
Hazırda MLS daha çox inkişaf edib. Bilmirəm, ora qayıtmaq mənə qismət olacaq, ya yox.
Ancaq karyeramı bitirdikdən sonra ABŞ-da yaşamaq istəyirəm. “Neftçi”yə yeni gəlmişəm, istəyirəm ki, burada uğurlar əldə edim.
MLS-də olduğum vaxtda Zlatan İbrahimoviç, Andrea Pirlo, Didye Droqaba, Frank Lemparda qarşı oynamışam".

