Adrian Mutu: “Qarabağ” son 10-15 ildə çox inkişaf edib

13 Dekabr 2023 11:20 Neftçi 876
Adrian Mutu: “Qarabağ” son 10-15 ildə çox inkişaf edib

“Onlarla oyunlar son 10 ildə ənənə halını alan derbidir“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Neftçi“nin baş məşqçisi Adrian Mutuya aiddir.

Rumıniya mətbuatına danışan mütəxəsss Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a qarşı keçiriləcək matça toxunub:

“Qarabağ” son 10-15 ildə çox inkişaf edib. Bizi çox çətin oyun gözləyir.

“Qarabağ” yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsindəki nəticələrlə sübut edib.

Çempionlar Liqasında da mübarizə aparıblar, yüksək keyfiyyətə malikdirlər. İndi isə Avropa baharı üçün yarışırlar”.

“Qarabağ” – “Neftçi” oyunu dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Ağ-qaralar” hazırda 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM