“Mənimlə heç kim əlaqə saxlamayıb”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin baş məşqçisi Adrian Mutuya məxsusdur.
O, Rumıniyada adının ÇFR ilə birgə hallanmasına münasibət bildirib. Mutu gələcəkdə Rumıniyada çalışmaq arzusunu gizlətməyib:
“Uzun illərdir adım ÇFR ilə birgə hallanır. Gerçək olmayan mövzu haqqında danışmağa ehtiyac yoxdur.
Məni indi yalnız “Neftçi” maraqlandırır. Bütün diqqətimi tam şəkildə komandama yönəltmişəm.
Gələcəklə bağlı indidən nəsə demək düz olmaz. Həmişə demişəm ki, Rumıniyada çalışmağı xoşlayıram”.

