“Artıq vaxtdır, itiriləcək heç nə qalmayıb”.
Bu sözləri Sportinfo.az-a açıqlamasına “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.
Cari mövsüm Premyer Liqada 5 qol vuran orta sahə oyunçusu komandasının xal ehtiyatını artırmaq perspektivini necə görür?
Onu dinləyək:
“Zirə” ilə qarşılaşmadan öncə demişdik ki, qarşıdakı 4 turun minimum üçündə qələbə qazanmalıyıq. Bu, fasiləyə xoş əhval-ruhiyyədə yollanıb yaxşı hazırlıq keçmək üçün vacibdir.
Bundan sonrakı hər xal bizim üçün olduqca vacibdir. Biz özümüzə inanırıq”.

