“Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizovun durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, AFFA U-15 Liqasının XV turunun “Ulduz Mingəçevir”ə qarşı oyununda zədələnən kiperin Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyatı uğurlu alınıb.
Oyunçunun vəziyyəti hazırda stabil ortadır və o, özünü yaxşı hiss edir. N.Əzizov bir neçə gün Bakıda müalicə aldıqdan sonra evə buraxılacaq.
“Ulduz Mingəçevir” - “Neftçi” görüşünün 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb.

