“Adına görə iş tapar, ancaq böyük məşqçi olacağına ümid yoxdur” - VİDEO

11 Dekabr 2023 19:20 Neftçi 1 397
“Adına görə iş tapar, ancaq böyük məşqçi olacağına ümid yoxdur” - VİDEO

"Neftçi" rəhbərliyi elə düşünürdü ki, kluba böyük miqdarda vəsait ayrıblarsa, nəticələr də düzələcək, hər şüy yaxşı olacaq”.

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Herta” nümunəsindən danışıb.

Tanınmış teleşərhçi vaxtilə almaniyalı iş adamlarının Berlin klubuna 500 milyon avro sərmayə yatırdığını, lakin nəzərdə tutulan layihənin uğurlu alınmadığını xatırladıb.

Layihənin səmərə vermədiyini, “Herta”nın idarəçiliyinin “əl dəyişdiyini”, klubun hazırda aşağı liqada çətin günlər yaşadığını qeyd edib.

Abbasov söyləyib ki, “Neftçi”yə kifayət qədər diqqət və qayğı var, ancaq baş məşqçi postuna seçim düzgün olmadığı üçün jomanda qeyri-sabit çıxış edir.

Ekspert Adrian Mutunun “ağ-qaralar”ı zirvələrə daşıya biləcək mütəxəssis olmadığı fikri üzərində dayanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti