"Mən "Neftçi"dəyəm, xoşbəxtəm, başqa yerə getmək istəmirəm"

11 Dekabr 2023 12:40 Neftçi 1 409
"Mən "Neftçi"dəyəm, xoşbəxtəm, başqa yerə getmək istəmirəm"

"Neftçi"nin legioneri Ervin Koffi Premyer Liqanın 16-cı turunda "Turan Tovuz"a 3:2 hesabı qalib gəldikləri oyun haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Fransadan olan əcnəbi qələbə qazandıqları üçün şad olduğunu deyib:

"Fikrimcə, yaxşı oyun idi, çünki qalib gəldik. Hər gün buna görə çalışırıq. İki qol buraxsaq da, 3-cü yerə qayıda bildik, buna görə şadam."

Sağ cinah müdafiəçisi gələcək planları haqqında da danışıb:

"Mən buradayam və burada olmağıma xoşbəxtəm. Başqa yerə getmək istəmirəm.

Düşünürəm ki, yaxşı komandamız var və hər gün daha da yaxşı olmağa çalışırıq."

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM