”Neftçi”nin bu qış yollarını ayıracağı futbolçulardan birinin kimliyinə artıq tamamilə aydınlıq gəlib.
Ötən ilin yayından ağ-qara formanı geyinən Kenni Sayef qarşıdakı günlərdə Azərbaycanı birdəfəlik tərk edəcək.
İki illik sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi vaxtından əvvəl buradan getməyi lazım bilib. Tərəflər kontraktı qarşılıqlı razılıq əsasında pozmağa razılaşıb. Vida xəbəri yaxın günlərdə açıqlanacaq.
ABŞ vətəndaşı olan İsrail əsilli 29 yaşlı sol cinah oyunçusu İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.
O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub.
İsrailin aşağı yaş yığmalarında da forma geyinib. Bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.
SPORTİNFO.AZ

