COP29

“Neftçi”də “qol orucu“ tutan: “Hələlik alınmır“ - VİDEO

8 Dekabr 2023 01:00 Neftçi 403
“Neftçi”də “qol orucu“ tutan: “Hələlik alınmır“ - VİDEO

“Neftçi”nin legioneri Lukas Melano sualları cavablandırıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu nə özümün, nə də digər hücumçularının performansından razı olduğunu bildirib:

“Əsas işimiz qol vurmaqdır, bunu edə bilmirik. Bura çempionat davam edə-edə gəlmişdim.

Azərbaycana adaptasiya olmağa çalışdım. Oynamırdım.

Baş məşqçimiz son matçlarda mənə şans verir. İnanın, həftəboyu öz üzərimdə çox çalışıram ki, qol vurub komandaya xeyir verim.

Hələ ki, alınmır. Çalışacam ki, öhdəsindən gəlim".

O, "Qarabağ"la "Neftçi" arasındakı xal fərqindən söhbət açıb: "Mövsümün sonuna çox qalıb.

“Qarabağ”la xal fərqimiz çoxdur, böyük görünür. Lakin futbolda hər şey mümkündür.

Təkcə onlarla oyuna deyil, bütün görüşlərə köklənmək lazımdır. Bütün matçlarda xal itirməməyə çalışmalıyıq.

“Qarabağ”la öz aramızdakı matçlarda isə maksimum xal qazanmaq istəyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!