“Maaş kartından pul çıxaranda, utanırsan?” – “Neftçi”nin hücumçusuna ünvanlanan sual

6 Dekabr 2023 15:00 Neftçi 4 412
“Maaş kartından pul çıxaranda, utanırsan?” – “Neftçi”nin hücumçusuna ünvanlanan sual

“Neftçi”nin argentinalı hücumçusu Lukas Melano jurnalistlərin önünə çıxıb.

Klubun media mənsubları üçün təşkil etdiyi ənənəvi mətbuat konfransında argentinalı forvard media əhlinin suallarını cavablandırıb.

30 yaşlı futbolçu əməkdaşımızın “Komandada yer alan dörd hücumçu cari mövsümdə cəmi 1 qol vurub. Maaş kartından pul çıxaranda utanırsınızmı” sualını bu cür cavablandırıb:

“Özümdən və digər hücumçuların performansından razı deyiləm. Bizim əsas vəzifəmiz qol vurmaqdır, lakin bunu edə bilmirik.

Mən komandaya qoşulanda çempionat davam edirdi. Yəni yay toplanışında kollektivlə birgə hazırlıq keçməmişdim. Uyğunlaşma dövrünü tez başa vurmağa çalışırdım. Bildiyiniz kimi, yeni gəldiyim dönəmlərdə az şans qazanırdım. Yalnız son matçlarda əsas heyətdə yer almağa başlamışam.

Həftəiçi məşqlərdə öz üzərimdə çox çalışıram. Məqsədim qolları sıralamaqla “Neftçi”yə fayda verməkdir. Düzdür, hələ ki, alınmır. Qarşıdakı oyunlarda bunun öhdəsindən gəlməyə çalışacağam”.

“Neftçi”nin sentyabrda heyətinə qatdığı argentinalı forvard 7 oyunda 306 dəqiqə şans qazansa da, qol hesabını aça bilməyib.

HƏBİB/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Fevral 18:10 Çək və bizə göndər!
29 Fevral 11:00 Yaxşı, siz deyən olsun!
29 Fevral 07:30 Cəlal kubokla vidalaşdı
29 Fevral 02:40 Halal komanda!