COP29

SSRİ yığmasının sabiq futbolçusu “Neftçi“dən nə söylədi?

5 Dekabr 2023 19:20 Neftçi 1 233
SSRİ yığmasının sabiq futbolçusu “Neftçi“dən nə söylədi?

"Mirzov iki qol vurdu, ancaq bundan savayı özünü xatırlatmadı".

Sportinfo.az xəbər verir ki, bu fikirlər rusiyalı sabiq futbolçu Aleksandr Bubnova məxsusdur.

Hazırda ekspert kimi çalışan 68 yaşlı mütəxəssis “Neftçi”nin vingeri Reziuan Mirzovun yoldaşlıq matçında ”Zenit”ə vurduğu qolları bu cür şərh edib:

“Neftçi”nin iki qolu onun müstəsna fərdi ustalığıdır. Kombinasiya deyildi, uzun ötürmələri qəbul etdi, cərimə meydançasına daxil oldu, driblinqlərlə müdafiəçiləri ötüb qollarını vurdu.

Ancaq "Zenit"in də etdiyi heç nə olmadı. Vurduqları qol da, səhvdən sonra oldu. Meydanda fərqləndirəcəyimiz heç kim yox idi“.

“Dinamo”(Moskva), “Spartak”(Moskva), “Red Star”(Fransa) klublarında, həmçinin SSRİ millisində oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"