COP29

“Neftçi”də azarkeşlərə arxa çevirən futbolçular - VİDEO və ADLAR

5 Dekabr 2023 22:20 Neftçi 897
“Neftçi”də azarkeşlərə arxa çevirən futbolçular - VİDEO və ADLAR

“Neftçi” “Zirə” üzərində əldə etdiyi qələbədən sonra məmnun görünürdü.

Oyuna sonradan qoşulan Rəhman Hacıyevin 60-cı dəqiqədə vurduğu qol həlledici hakimin final fitindən sonra düşərgədə üzləri güldürmüşdü.

Matçdan sonra tutbolçular meydanın mərkəzinə toplaşdılar, Qara Qarayev komanda yoldaşlarına nələrsə dedi və təxminən 40 saniyə davam edən “məclis-məşvərət” başa çatdı.

O an paltardəyişmə otağına yollanan futbolçuları Emin Mahmudovla Azər Əliyev “Forza Neftçi”nin tribunasının qarşısına səslədi.

Böyük əksəriyyət kapitanın müraciətinə əməl edib tribunanın önünə getsə də, Aqil Məmmədov, Ataa Caber, Kenni Sayef və digər bir neçə futbolçu buna gərək duymadı.

“Forzalılar”ın yanına gedən komanda üzvləri isə tribunadan dəstək görməyincə, pərişan halda paltardəyişmə otağının yolunu tutdular.

Azarkeşlərin bu cür münasibət göstərməsi anlaşılandır. Onlar komandadan davamlı qələbələr gözləyir, “Neftçi”ni ən pis halda ikinci pillədə yer almasını arzulayırlar.

Komandanı bu vəziyyətə salan məşqçi və futbolçuların borcu soyuq havada istirahətinə haram qatıb stadiona toplaşan azarkeşlərə təşəkkür etmək, onlarla barışdırıcı mövqe tutmağa çalışmaqdır.

Daha ərköyün uşaq kimi arxa çevirib getmək yox.

HƏBİB

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"