COP29

"Neftçi"dən 400 min alıb, 4 qəpiklik oynamır – Mutu niyə dinmir?

4 Dekabr 2023 15:00 Neftçi 3 860
"Neftçi"dən 400 min alıb, 4 qəpiklik oynamır – Mutu niyə dinmir?

Adrian Mutu daha bir həftəni yola verə bildi.

«Neftçi» bəstəboy Rəhman Hacıyevin ayağını yerdən üzərək vurduğu bir baş zərbəsiylə 3 xalı «Zirə»dən aldı.

Bundan başqa heç nə, köhnə hamam, köhnə tas. Qələbə «ağ-qaralar»ın turnir cədvəli cəhətdən təbii ehtiyacını ödədi, ancaq o «Neftçi» ki var, azarkeş yenə arzuladığını meydanda görmədi.

Bir öncəki həftə mətbuat konfransına «dünyanın ən bəxtsiz məşqçisiyəm» sözüylə başlayan Mutu yenə bir sıra açıqlamalar verdi.

Kult danışıq tərzinə yaxın ifadələrlə oynatdığı futbola don geyindirdi, əsas olanı yenə demədi.

Misalçün, demədi ki, niyə hücum xəttinin qol vurmağa mükəlləf mənsubları öz üzərlərinə düşən işin öhdəsindən gəlmir.

«Neftçi» ön zonanın sivri ucunda yer alanlara yüzminlər xərcləyib bu yay. Təkcə Aaron Olanarenin illik məsrəfi 400 min dollara oturur kluba.

Hər ay bank kartından 40 min dollar çəkən nigeriyalı forvard 4 qəpiklik fayda vermir. Olsun o birilər. Mutu bu sualın cavabını demir, gizlədir.

Müvafiq sulların üstündən sükutla keçir, ümumi frazalardan istifadə etməklə yetinir. Bu, narahatedici tendensiyadır.

O, qol yollarında müdafiəçi və yarımmüdafiəçilərin ümidinə qalan baş məşqçidir.

Məncə, bu, istənilən məşqçini dünyanın ən bəxtsiz yox, ən bədbəxti olmasını göstərən tablodur.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!