COP29

"Neftçi"dəki əcnəbi: "Bizə narazılıq etdilər, onların qəzəbini başa düşürəm"

4 Dekabr 2023 14:20 Neftçi 479
"Neftçi"dəki əcnəbi: "Bizə narazılıq etdilər, onların qəzəbini başa düşürəm"

“Oyun bizim üçün yaxşı keçdi, uğurlu alındı.

Hətta deyə bilərəm ki, ikinci hissədə daha yaxşı idik.

Bütün çətinliklərə baxmayaraq, bu oyunda qələbə qazana bildik və buna görə çox şadam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Andre Şinyaşiki Misli Premyer Liqasının 15-ci turunda “ Zirə” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Braziliyalı futbolçu qələbəyə baxmayaraq, azarkeşlərin nazarazılığına belə münasibət bildirib:

“Azarkeşlər həmişə qələbəyə layiqdirlər. Onların qəzəbini başa düşürəm.

Hazırda yaxşı çıxış etmədiyimiz üçün fanatlar narazılıqlarını bildirirlər. Amma onları “Zirə” ilə matçda sevindirə bildiyimiz üçün xoşbəxtəm. Həm 3 xal, həm də qələbə çox vacib faktdır".

26 yaşlı forvard qeyd edib ki, qazanılan 3 xal məhz fanatlara həsr olunur:

“Onlar möhtəşəm idilər. Biz daim fanatları sevindirmək istəyirik.

Ötən turda da qələbə qazanmağa çox yaxın idik. Təəssüflər olsun ki, alınmadı. Ona görə də bu qələbə onlar üçündür”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"