COP29

“Neftçi”dən xəbər var: Biri ACI, biri XOŞ

2 Dekabr 2023 23:40 Neftçi 2 564
“Neftçi”dən xəbər var: Biri ACI, biri XOŞ

“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlıqlarını davam etdirir.

Vacib qarşılaşmadan öncə bu görüşdə iştirak edə bilməyəcək futbolçuların adları məlumdur.

Yay toplanışındakı yoldaşlıq görüşündə ağır zədə alaraq uzun müddətə sıradan çıxan Emil Balayev üçün mövsümü başa çatmış hesab edə bilərik. 29 yaşlı qapıçı yaxın günlərdə qırılmış axil vətəri əməliyyatı keçirəcək.

Digər qolkiper İvan Brkiç də bir müddət gözləməlidir. Xorvatiyalı futbolçu zədədən sonra fərdi məşqlərə başlasa da, meydana çıxmağa hazır deyil.

“Neftçi” azarkeşlərini sevindirən xəbər Filip Ozobiçin kollektiv məşqlərə qoşulmasıdır. Təcrübəli yarımmüdafiəçinin adı qarşıdakı oyunda iştirak ərizəsində yer alacaq. Meydana çıxıb-çıxmayacağına baş məşqçi Adrian Mutu qərar verəcək.

“Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu dekabrın 3-ü saat 17:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"