“Sportinfo”nun əməkdaşı Həbib Aslanov “Neftçi TV”nin qonağı olub.
“Araz-Naxçıvan”la oyun günü canlı yayımlanan verilişə dəvət alan Həbib oyunla bağlı proqnoz verib.
Həmkarımız matçın favoritinin “Neftçi” olduğunu qeyd etsə də, oyunun heç-heçə başa çatacağını, ən yaxşı halda “ağ-qaralar”ın minimal hesablı qələbəyə sevinəcəyini bildirib.
Əməkdaşımızın proqnozu özünü doğruldub. Meydan sahibləri son saniyələrə qədər minimal hesabla öndə olsalar da,
Orxan Əliyev əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə bərabərlik qolunu vurub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bununla da Həbibin proqnozu özünü doğruldub.
Maraq üçün bildirək ki, verilişə dəvət alan digər qonaq – “Neftçi”nin U-11 komandasının baş məşqçisi Mahmud Əhmədov “ağ-qaralar”ın asan qələbə qazanacağını bildirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: