COP29

"Neftçi"dən XƏBƏR VAR - Yenidən bıçaq altına düşəcək

30 Noyabr 2023 20:20 Neftçi 609
"Neftçi"dən XƏBƏR VAR - Yenidən bıçaq altına düşəcək

"Neftçi"nin qapıçısı Emil Balayev yenidən əməliyyat olunacaq.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, 29 yaşlı qolkiperin qırılmış axil vətərinə görə cərrahi müdaxiləyə ehtiyacı var.

Bir müddətdir zədəli olan futbolçulardan Filip Ozobiç komanda ilə məşqlərə start verib, digər qapıçı İvan Brkiç isə fərdi şəkildə hazırlığı davam etdirir.

"Neftçi" Premyer Liqanın XV turunda "Zirə"ni qəbul edəcək. Dekabrın 3-də reallaşacaq görüş saat 17:00-da start götürəcək.

Emil Balayev yayda Serbiyanın “Srvena Zvezda” komandasına qarşı “Matc TV” turnirindəki görüşdə zədələndiyi üçün axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!