"Baş məşqçi ilə danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?"

30 Noyabr 2023 01:10 Neftçi 712
"Baş məşqçi ilə danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?"

"Canni De Byazi ilə milliyə çağırılmamağım barədə danışmaq istəyirdim. Amma imkan olmadı".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Azərbaycan yığmasına dəvət almaması ilə bağlı mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi yığmaya çağırılmamasının səbəbini bilmədiyini söyləyib.

"Dəvət gözləyirdim, amma olmadı. Baş məşqçi ilə danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?"

Hacıyev millidə yerli baş məşqçinin işləməsinin tərəfdarı olduğunu vurğulayıb:

"Həmin mütəxəssisə də şans, vaxt vermək lazımdır. Çünki 6 ay və 1 il ərzində heç kim istədiyini edə bilməz".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”