COP29

“Neftçi”də özümü rahat hiss edirəm” – Argentinalı “turist”

29 Noyabr 2023 21:00 Neftçi 830
“Neftçi”də özümü rahat hiss edirəm” – Argentinalı “turist”

“Neftçi”nin hazırkı heyətinə son illərin ən bahalı komandası deyə bilərik.

Sonuncu dəfə kollektivdə bu qədər əcnəbi məşqçi və futbolçunun yer aldığını xatırlamaq çətindir.

Dünyanın az qala bütün qitələrindən futbolçular cəlb olunub ki, hücum xəttindəki adlar diqqət çəkməyə bilməz – Lukas Melano, Andre Şinyaşiki, Samuel Aaron Olanare, Yeqor Boqomolski.

Dörd forvardın vurduğu qol sayı 1-ə bərabərdir ki, o da Olanarenin aktivindədir.

“Araz-Naxçıvan”la qarşılaşmada start heyətində yer alaraq sona qədər meydanda olan Melano Sportinfo.az-a açıqlamasında komandadakı durumundan və qol hesabını aça bilməməsindən bəhs edib:

“Qol vurmağı, “Neftçi”yə və komanda yoldaşlarıma kömək etməyi böyük səbrsiIzliklə gözləyirəm. Səmimi deyim ki, uyğunlaşma ilə bağlı hansısa problemim yoxdur.

Burada olduğum müddətdə klubda və komanda çalışan insanlarla ünsiyyət qurmağa çalışmışam. Ona görə də “Neftçi”də özümü rahat hiss edirəm.

Bəli, “Araz-Naxçıvan”la qarşılaşmada “11-lik”də yer almışdım. Nəzərə alaq ki, bu, start heyətində ilk oyunum idi və özümü çox yaxşı hiss edirdim.

Qol vurmaq üçün çox çalışsam da, alınmadı. Növbəti matçlarda qol vurmaqla komandama kömək etməyə çalışacağam”.

30 yaşlı argentinalı hücumçu sentyabrdan bu yana şərəfini qoruduğu “Neftçi”də meydana çıxdığı 6 oyunda qol hesabını aça bilməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"