COP29

"Mutu dünyanın ən bəxtəvər məşqçisidir, amma "Neftçi"ni çempion edə bilməyəcək" - VİDEO

29 Noyabr 2023 15:00 Neftçi 827
"Mutu dünyanın ən bəxtəvər məşqçisidir, amma "Neftçi"ni çempion edə bilməyəcək" - VİDEO

“Mutu bəxtsiz məşqçi deyil”.

Bu sözlər ATV kanalının “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Premyer Liqanın ötən turunda “Araz-Naxçıvan”la 1:1 edən “ağ-qaralar”ın baş məşqçisinin nətbuat konfransında söylədiyi fikirlərə münasibət bildirib.

Tanınmış telejurnalist Adrian Mutunun işlətdiyi “mən dünyanın ən bəxtsiz məşqçisiyəm” ifadəsi ilə razılaşmayıb:

“Rumıniyalı dünyanın ən bəxtəvər məşqçisidir. Çünki ciddi bir nəticəsi olmadan onu “Neftçi”yə gətiriblər.

Klub rəhbərliyi baş məşqçi barədə fikirləşsələr, yaxşı olar. Nə qədər gec deyil, addım atsınlar.

Mən 99 faiz demirəm, yüz faiz əminəm ki, “Neftçi” çempion ola bilməyəcək. Qələbə qazanan baş məşqçi hücumçunu meydandan çıxarıb, müdafiəçini buraxmaz.

O, bu oyunda itirilən 2 xala görə özünü günahlandırmalıdır”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"