COP29

“Mutu ilə eyni fikirdəyəm” – “Neftçi”nin qol üzünə həsrət qalan hücumçusu

28 Noyabr 2023 20:00 Neftçi 1 087
“Mutu ilə eyni fikirdəyəm” – “Neftçi”nin qol üzünə həsrət qalan hücumçusu

“Düşünürəm ki, ümumi planda çox yaxşı oyun keçirdik. Sadəcə, 1:0-dan sonra qolların davamını gətirə bilmədik”.

“Neftçi”nin futbolçusu Lukas Melano Sportinfo.az-a açıqlamasında komandasının “Araz-Naxçıvan”la oyununu dəyərləndirib.

Premyer Liqanın 14-cü turunda komandalar arasında baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Ağ-qaralar” ilk hissədə hesabı açsa da, Orxan Əliyev matçın son saniyələrində fərqlənməklə komandasına vacib 1 xal qazandırıb.

Argentinalı futbolçu oyunu 3 xalla başa vura bilməmələrinin səbəbini bu cür izah edib:

“Vurduğumuz qoldan sonra bir neçə əlverişli imkanımız olsa da, fərqlənə bilmədik. Oyunun gedişatı göstərirdi ki, qələbəyə biz daha yaxın idik. Matçın heç-heçə başa çatacağı heç kimin ağlına gəlməzdi. Yekun nəticəni qol fürsətlərini boşa verməyimizlə əlaqələndirirəm”.

Baş məşqçi Adrian Mutu oyunsonrası mətbuat konfransında komandasının 3-4 top fərqi ilə qələbə qazanmalı olduğundan bəhs edib.

Maraqlıdır, Lukas bu haqda nə düşünür? O da baş məşqçisi ilə həmfikirdir?:

“Bəli, Mutu ilə eyni fikirdəyəm. Yenə deyirəm, hesab arasındakı fərqi artırmaq üçün kifayət qədər real şanslarımız var idi. Artıq bu matç geridə qalıb. Növbəti görüşlərdə bunu təkrarlamamağa çalışacağıq”.

30 yaşlı hücumçu cari mövsümdə “ağ-qaralar”ın heyətində meydana çıxdığı 6 oyunda qol hesabını aça bilməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"