
“Çətin dövrdən keçirik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzova aiddir.
Rusiyalı legioner "ağ-qaralar"ın hazırkı durumunun ürəkaçan olmaması fikri ilə razılaşıb:
“Nəticələrimiz ürəkaçan deyil. Bunu rəhbərlik də, biz futbolçular da başa düşürük.
Ona görə də azarkeşlərin narazılıqlarını anlayışla qarşılayırıq. Gedişatı mütləq dəyişməliyik.
İnanıram ki, çempionatın növbəti turundan hər şey yaxşıya doğru dəyişəcək”.