COP29

"Neftçi" üçün TRANSFER, yoxsa XƏYANƏT BAZARLIĞI?

27 Noyabr 2023 16:00 Neftçi 2 340
"Neftçi" üçün TRANSFER, yoxsa XƏYANƏT BAZARLIĞI?

Adrian Mutu «Araz-Naxçıvan»la matçdan sonra özünü «dünyanın ən bədbəxt məşqçisi» adlandırıb.

Düzmü deyib?

Kimsə onu aldadıb. Yalandan deyib ki, sən məşqçisən.

O da inanıb, durub gəlib «Neftçi»yə azmış kimi, vəd verib ki, narahat olmayın, sizi çempion edəcəm, köhnə günlərinizə qaytaracam.

Qaytaracaq?

Hə…

Mutu «Neftçi»ni dünənə, srağagünə, ta o birigünə qaytarıb…

Bu «Neftçi»yə son 10 ilin ən böyük transfer büdcəsi ayrılıb. Kifayət qədər iri məbləğlər ödənilib yeni oyunçulara.

A kişi, 11 bığıburma gətiriblər düşərgəyə. Dünyanın o başından aldıqları var. Mutuya nə deyim, oynatdığı futbolla «Neftçi»ni Biləcəridən o tərəfə apara bilməyəcək.

Hələ bir Biləcəriyə qədər gedib çıxsınlar… Mən buna da şübhəliyəm.

«Neftçi»nin bombardiri Yuri Matiasdır, 4 qol vurub. Bir müdafiəçi komandasının ən çox qola imza atanıdırsa, baş məşqçi də utansın, digərləri də!

Legioner bazarlığını kim edibsə, o, Mutu ilə bərabər məhşər ayağına çəkilməlidir.

Lukas Melano, Yuri Şenyaşiki kimi hücumçuları tapan şəxs, onları bəyənən baş məşqçi ittiham olunmalıdır, müttəhim kürsüsündə əyləşməlidir.

Adicə qaçışı gülüş doğuran əcnəbilərə bir ətək pul xərclədən kəslər «Neftçi»nin adına, keçmişinə, gələcəyinə xəyanət edib, onun azarkeşinə stress yaşadıb – heç nə olmamış kimi işlərinə davam edə bilməzər ta!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"