COP29

Mutu: "İdman direktorumuzla bu barədə söhbətimiz olub"

26 Noyabr 2023 18:30 Neftçi 998
Mutu:  "İdman direktorumuzla bu barədə söhbətimiz olub"

"Neftçi" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Adrian Mutu matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamın oyunundan razı qaldım. Bu, futboldur. Bu gün çox bəxtsizlik oldu. Hesab 3:0, 4:0 olmalı idi, amma 1:1 oldu. Bəzən futbol səni cəzalandırır. Belə davam etməliyik, düzgün yoldayıq. Bu gün sadəcə hesaba görə üzülürəm. Asanlıqla 3:0 olacaq oyunu, bir xalla bitirdik.

- Qış fasiləsinə bir şey qalmayıb. Yəqin ki, qışda komandadan gedənlər və gələnlər olacaq. Siyahını hazırlamısız?

- İdman direktorumuzla bu barədə söhbətimiz olub. Düşünürük ki, komandanı necə yaxşılaşdıra bilərik. Dekabrda bəzi dəyişikliklər olacaq.

- "Araz-Naxçıvan" qol buraxdıqdan sonra dəyişikliklər etdi, siz isə daha çox müdafiəni gücləndirdiniz. Rəqibin qolunda bunun nə dərəcədə rolu oldu?

- Yaxşı dəyişikliklər etdik. Sonradan meydana daxil olanlar öz işlərini yaxşı yerinə yetirdilər. Son saniyələrdə "Araz-Naxçıvan"ın qapımıza vurduğu qola baxıb, bir daha analiz etdim. Fərqli prizmadan baxdım, TV-dən yox. Taktiki heç bir səhv yox idi. Çünki oyunçular meydanda düzgün mövqe seçmişdilər. Qəbul etmək lazımdır ki, rəqibin oyunçusu çox yaxşı asma etdi və qol da yaxşı alındı. Məni bu gün məyus edən yalnız hesabdır. Rahatlıqla 3:0, 4:0 olmalıydı, amma 1:1 bitdi. Bu adamı içəridən "yandırır", adama toxunur. Hamınız oyuna baxdız. Siz də qəbul edərsiz ki, komanda yaxşı oynadı. Həftəboyu yaxşı məşq etdik, oyuna yanaşma da istədiyim kimi idi.

- Azər Sahalını yenidən meydanda görəcəyik?

- Bu gün bütün futbolçular özünü yaxşı tərəfdən göstərdi. Oyunçular istədiyimi edirdi. Bunlardan biri də Azər idi ki, istədiklərimi etdi.

- Sanki komanda sonradan həvəsdən düşdü, arxayınlaşdı...

- Razı deyiləm. İkinci yarıda daha çox qol epizodu yaratdıq. Necə deyə bilərsiz ki, komanda motivasiyasız idi? Futbolçular çox yaxşı oynadılar. Onlara deyiləsi sözüm yoxdur.

- Melano tərəfdən düzgün reaksiya görürəm. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərir. Oynamağa layiq olduğunu sübut edir. Sadəcə yaradılan qol epizodlarını reallaşdırmaq lazım idi. Yaxşı oynayır. İlk gündən deyirəm ki, epizodlarımızı qolla nəticələndirsək, çətin olmaz. Epizodları vura bilmirik deyə, çətinlik yaranır. Hücumçular bu gün öz üzərinə düşən işin çox hissəsini gördülər. Qol da vursaydılar, mükəmməl performans olardı.

- Həm birinci, həm də ikinci dövrədə sizi cəzalandıran Orxan Əliyev oldu. Onun üçün xüsusi diqqət ayırmamışdız?

- O, ikinci hissədə meydana daxil oldu. Onun üçün yaxşıdır. Bəli, tapşırıqlar verilmişdi. Əvvəldən oyunçularımıza məlumat veririk.

U-21 yığmasının kapitanı Fərid Yusifli, İsmayıl Zülfüqarlı, Ömər Buludovun hazırlıq səviyyəsi barədə nə deyə bilərsiz?

- Onlar məşq edirlər. Ömər zədədən yeni qayıdıb. Üç aydır ki, zədədən əziyyət çəkirdi. Ona vaxt lazımdır ki, əvvəlki formasını bərpa etsin. Digər ik oyunçu da çox peşəkardır. Məşqlərini edirlər, işlərinə peşəkar kimi yanaşırlar. Amma futboldur, rəqabət var.

- Mümkündür ki, qışda özünüz "Neftçi"dən gedəsiz? Rumıniya mətbuatı yazmışdı ki, ÇFR sizinlə maraqlanır...

- Dünyanın ən uğursuz məşqçisiyəm, iki oyundur ki, son saniyələrdə qol buraxırıq. Burada bir işə başlamışam və bitirmək istəyirəm. Bu, heç də asan deyil. Çalışacam ki, buna dözüm və istəyirəm mövsümü "Neftçi"də bitirim.

Digər Xəbərlər
Xəbər Lenti