COP29

"Neftçi"nin fəalları verdikləri sözü tutdular - FOTOLAR

26 Noyabr 2023 17:45 Neftçi 1 024
"Neftçi"nin fəalları verdikləri sözü tutdular - FOTOLAR

Premyer Liqanın 14-cü turu çərçivəsində "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib.

Oyun bazar günü, uyğun saatda (15:30) keçirilməsinə baxmayaraq, "ağ-qaralar" tribunalardan lazımi dəstəyi görməyib.

Adrian Mutunun rəhbərlik etdyi kollektivin ötən tur "Sumqayıt"a məğlub olması, üstəgəl, həmin görüşdən əvvəlki məlum promo narazılığı azarkeş sayına öz təsirini göstərib.

Xatırlayırsınıza, həmin qarşılaşmadan sonra fəal "Neftçi" fanatlarının bəziləri sosial şəbəkələrdə komandanın nəticələri düzəlməyəcəyi halda "Neftçi Arena"ya getməyəcəklərini bəyan etmiş, digərlərini də bu yolu tutmağa səsləmişdi.

Odur ki, "Araz-Naxçıvan"la oyunda tribunalarda ən yaxşı halda 500 azarkeş görmək mümkün idi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"