"Zenit" üzərində qələbə "Neftçi"nin legionerini ümidləndirib

25 Noyabr 2023 13:20 Neftçi 308
"Zenit" üzərində qələbə "Neftçi"nin legionerini ümidləndirib

"Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Ervin Koffi "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

28 yaşlı müdafiəçi fasilə dönəmində yaxşı hazırlıq keçdiklərini bildirib:

"Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi. Yoldaşlıq matçında "Zenit"ə qalib gəldik.

Bu, kollektivə çox yaxşı təsir edəcək. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki, bunun davamını gətirəcəyik".

Fransalı oyunçu azarkeşlərə də müraciət edib:

"Son nəticələrin pis olmasına baxmayaraq, fanatların dəstəyinə ehtiyacımız var.

11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci futbolçumuz olmalıdırlar".

Noyabrın 26-da reallaşacaq "Neftçi" - "Araz-Naxçıvan" görüşü saat 15:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti