"Neftçi" əcnəbi oyunçusu ilə müqavilə müddətini artırmaq niyyətindədir

25 Noyabr 2023 02:00 Neftçi 1 708
"Neftçi" əcnəbi oyunçusu ilə müqavilə müddətini artırmaq niyyətindədir

"Neftçi" indidən mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçulardan bəzilərini saxlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "ağ-qaralar" Kilan Lebonla müqavilə müddətini artırmaq niyyətindədir.

Amma futbolçu son vaxtlarda əsas heyətdə az-az oynadığı üçün hələ ki, tam qərarını verməyib. Belə ki, Reziuan Mirzovun gəlişindən sonra Lebon daha çox sonradan meydana daxil olur.

Sent-Martin millisinin üzvünün "Neftçi" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

26 yaşlı futbolçu 2023-cü il yanvarın 19-da "Astana"dan "Neftçi"yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da