“Neftçi”:  Biri qayıdır, ikisi müalicə alır, ikisi 1 həftə gözləməlidir

22 Noyabr 2023 11:00 Neftçi 1 016
“Neftçi”:  Biri qayıdır, ikisi müalicə alır, ikisi 1 həftə gözləməlidir

“Neftçi” Premyer Liqanın 14-cü turuna hazırlığı davam etdirir.

Yayda məhz “Zenit”lə sınaq matçında ağır zədə alaraq uzun müddətə sıradan çıxan Emil Balayev müalicəsini həkim nəzarətində davam etdirir.

Qara Qarayev isə komanda ilə qısmən məşqlərə start verib. Təcrübəli yarımmüdafiəçi növbəti həftə tam gücü ilə kollektiv çalışmalarda iştirak edəcək.

Filip Ozobiçlə İvan Brkiç fərdi məşqlərə start verib. Onların “Araz-Naxçıvan”la oyunlarda forma geyinməyəcəkləri dəqiqdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti