Sağ ol, Ruslan! - VİDEO

22 Noyabr 2023 02:00 Neftçi 586
Sağ ol, Ruslan! - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, bu, “Neftçi” ilə “Zenit” arasında noyabrın 18-də Bakıda keçirilən yoxlama görüşündə reallaşıb

R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Azər Salahovla əvəzlənib. Azarkeşlər Abışovu alqışlarla yola salıblar.

Karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş 36 yaşlı Ruslan Abışov ötən ay karyerasını bitirdiyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti