COP29

"Neftçi"də "Zenit" eyforiyası

23 Noyabr 2023 17:00 Neftçi 549
"Neftçi"də "Zenit" eyforiyası

"Neftçi" milli üzvləri olmasa da, "Zenit"ə qarşı yaxşı oyun sərgilədi. Bəs, çempionatda niyə bu cür oyun alınmır, qələbələr gəlmir".

"Zenit"lə yoxlama matçından sonra Adrian Mutuya unvanlanan bu suala çalışdırıcı "Yaxşı sualdır. Bu suala cavabım yoxdur" - deyə cavab verib.

Davamında isə "Bu cür oyundan sonra üzülürəm. Çünki demək olar ki, eyni cür hazırlaşırıq. "Zenit" kimi güclü rəqibə qarşı belə oynayıb, digər matçlara isə fərqli yanaşma məni üzür" deyə əlavə edib.

Açığı, dünyaca məşhur rumıniyalının bu qədər sadəlövh olduğunu bilmirdim.

Bu bir yoxlama matçı idi. Belə görüşlərin nəticəsi önəm daşımır. Adətən rəsmi oyunlara hazırlıq xarakteri daşıyır. Rusiya təmsilçisinin qarşılaşmaya nə qədər qeyri-ciddi hazırlaşdığı ortadaydı. Bir neçə əsas futbolçusu ya Bakıya gətirilməmişdi, ya da əsas heyətdə meydana buraxılmadı.

Qısası, Sergey Semakın özü və komandası cismən burdaydı, ruhən Rusiya Premyer Liqasında qalmışdılar. Ki, necə lider olaq deyə.

Rəsmi oyunlarda isə ən zəif rəqib də maksimum gücünü ortaya qoyur. Uğurlu nəticə üçün dəridən-qabıqdan çıxır.

Yəni "ağ qaralar"ın qələbə qazanmasının və ya nisbətən normal oynayırmış kimi görünməsinin kökündə bu səbəblər durur.

Siz isə "Eyni cür hazırlaşırıq" deyirsiniz, cənab Mutu.

Çox səhv edirsiniz.

Rəsmi matçlara daha ciddi, daha tədbirli hazırlaşmağınız lazımdır.

Futbolçuların sınaq matçında qazanılan qələbəyə bu şəkildə sevinməsinə də ehtiyac yoxdur.

Həmin vaxtı səhvlərini araşdırmağa, sizdən dinləməyə ayırsalar daha yaxşı olar.

Görünür, kollektiv olaraq hələ Sank-Peterburq klubu ilə qarşılaşmanın mahiyyətini anlamamısınız.

Və əhəmiyyətsiz qələbənin eyforiyası ilə yaşayırsınız.

Komanda növbəti turlar da bu eyforiyadan əziyyət çəkməsə yaxşıdır.

Hələ də gec deyil.

Futbolçuların önündə "Zenit" üzərindəki qələbədən ağızdolusu danışmaq əvəzinə "Sumqayıt"la matçdakı qəzanı xatırlamaq, dərs çıxarmaq üçün.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"