Rusiyanın tanınmış keçmiş futolçusu "Neftçi"ni necə gördü?

21 Noyabr 2023 22:40 Neftçi 1 276
Rusiyanın tanınmış keçmiş futolçusu "Neftçi"ni necə gördü?

Rusiyalı sabiq futbolçu, hazırda ekspert kimi çalışan Aleksandr Bubnov “Neftçi” – “Zenit” (2:1) görüşü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu matçın maraqsız keçməsindən bəhs edib:

"Bu, tipik məşq oldu. Əsas məqsəd zədələnməmək idi. Təəssüf ki, zədənin qarşısını almaq mümkün olmadı -

ilk hissədə Mantuana əvəzlənməli oldu, Rodriqao da rəqibi ilə başbaşa toqquşdu. Semak bu oyunda hansı problemləri həll etdi?

İlk növbədə, oyun tonusunu qorudu. O, ehtiyat oyunçular skamyasında oturan futbolçulara, həm də gənclərə şans verdi.

Amma düşünmürəm ki, “Zenit”in məşqçilər korpusu “Neftçi” ilə matçın nəticəsindən, həm də oyun keyfiyyətindən razı qalsın. Çox az adam uduzduğu matçlardan razı qalır.

"Zenit" "Neftçi" ilə mövsümün əvvəlində oynamışdı. Buna baxmayaraq, oyun orta tempdə keçdi,

“Zenit” bütün gücünü vermədi, bacardığı qədər təzyiq göstərmədi. Ümumiyyətlə, qarşılaşma maraqsız keçdi, azarkeşlərin ona baxmaqda maraqlı olması ehtimalı azdı".

68 yaşlı mütəxəssis “Dinamo”(Moskva), “Spartak”(Moskva), “Red Star”(Fransa) klublarında, həmçinin SSRİ millisində oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti