"Neftçi"də kölgəyə çəkilən tanınmış funksioner köhnə iş yerinə qayıdacaq?

21 Noyabr 2023 13:00 Neftçi 1 727
"Neftçi"də kölgəyə çəkilən tanınmış funksioner köhnə iş yerinə qayıdacaq?

«Neftçi»nin sabiq idman direktoru Zaur Əzizov «Qəbələ»yə qayıda bilər.

Əyalət təmsilçisi 13 il ona xidmət etmiş funksioneri yenidən geri qaytarmaq niyyətindədir.

Klubdaxili müzakirələrdə bu məsələ müzakirə olunub. «Qırmızı-qaralar»ın prezidenti Fariz Nəcəfov təcrübəli idarəçinin dönüşünə isti yanaşır.

Əzizovun təkrar burada çalışması fikrini ən çox dəstəkləyən isə Elmar Baxşıyevdir. Baş məşqçi yaxşı münasibətdə olduğu kadrın gəlişi ilə uğursuzluq zolağından çıxacaqlarına əmindir.

Yens Andersson sentyabrda «Neftçi»nin idman direktoru pustuna gətirilib. 2021-ci ilin dekabrında «Qəbələ»dən dəvət olunmuş Zaur Əzizovun missiyası beləcə faktiki başa çatıb.

O, ikiillik müqaviləyə imza atmış isveçli idarəçinin müavini kimi burada qalmaqdadır. İndi əsas fəaliyyət sahəsi akademiya ilə bağlıdır.

Əzizov təcrübəli yönəticidir və hazırkı səlahiyyət dairəsi onun üçün kiçikdir. Daha böyük işlər görə bilər.

Təəssüf ki, keçmiş rəhbərlik Əzizova lahımı şəraiti yaratmadı, sözdə olsa da, əməldə dəstək olmadı. Bu gün isə o, sanki kölgəyə çəkilib.

«Qəbələ»də isə onu yaxşı xatırlayırlar. Əzizovyun 13 illik «qırmızı-qara» keçmişi xoş xatirələrlə zəngindir.

Baş menecer vəzifəsini daşıdığı bu dönəmdə bölgə klubunun ölkə daxilində və avrokuboklarda uğur əldə etməsində mühüm xidmətlər göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti