COP29

Mutu Rusiya qəzetinə “Neftçi” haqda nəyi etiraf etdi?

20 Noyabr 2023 19:20 Neftçi 897
Mutu Rusiya qəzetinə “Neftçi” haqda nəyi etiraf etdi?

"Neftçi"nin baş məşqçisi Adrian Mutu rusiyalı vingeri Reziuan Mirzov barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis 30 yaşlı futbolçunun durumu ilə bağlı Rusiyanın "Sport-ekspress" qəzetinin sualını cavablandırıb.

"Zenit"ə qarşı matçda ölkə çempionatındakı görüşlərdən daha yaxşı oynadıq. Mirzovun forma yığması sevindirici haldır.

O, qollar vurur. Bizim üçün təkcə Mirzovun deyil, digər oyunçularımızın da qol vurması vacibdir. Ümid edirəm ki, Premyer Liqada daha yaxşı olacaq" - deyə Mutu bildirib.

Noyabrın 18-də Bakıda "Neftçi" ilə "Zenit" (Sankt-Peterburq) arasında yoxlama matçı keçirib. Bakı təmsilçinin 2:1 hesabı ilə qalib gəldiyi matçda Mirzov dubl edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"