
Ruslan Abışov ötən həftəsonu vida matçına çıxdı.
Bu, “Neftçi” ilə “Zenit” arasında keçirilən yoxlama görüşündə (2:1) baş tutdu.
Bakı klubunun yetirməsi olan 36 yaşlı müdafiəçi “Neftçi Arena”dakı qarşılaşmadan əvvəl təltif edildi. Ona mükafatı “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərov təqdim etdi.
R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydançaya start heyətində çıxıb. O, 2 dəqiqə meydanda olduqdan sonra Azər Salahovla əvəzlənib. Azarkeşlər kapitanı alqışlarla yola salıblar.
Onun bundan sonra verdiyi müsahibə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Belə ki, Ruslan ötən günlərdən danışarkən göz yaşlarını saxlaya bilməyib, qəhər içində boğulub. Səmimi görüntülər izləyicilərə də təsir edib, ona xoş sözlər yazıblar.
Yığmanın eks üzvü laryerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə”nin formasını geyinib.
SPORTOİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: