"Neftçi" hazırda heç bir legionerlə danışıqlar aparmır.
Bu barədə klubun mətbuat xidmətindən Sportinfo.az-a bildirilib.
Redaksiyamıza verilən məlumata görə, Pavol Şafrankonun transferi yönündə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Slovakiyalı bu mövsüm Rumıniya çempionatında 16 matça çıxıb və qol vurub.
Sağ və sol cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi oynamağı bacaran 29 yaşlı futbolçu karyerası ərzində “Tatran”, “Dunayska Streda”, “Olborq”, “Dandi Yunayted” və “Mamelodi Sandouns”un formasını geyinib.
2022-ci ilin avqust ayında “Sepsi”yə keçib.
Onun Rumıniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Şafranko 2017-2020-ci illərdə Slovakiya millisində 10 oyun keçirib.