
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Neftçi” yoxlama görüşü keçirib.
Sportinfo.az xəbər verir ki, bakılılar “Zenit” ilə qarşılaşıb.
“Neftçi Arena”da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 9-cu dəqiqədə “ağ-qaralar”ın rusiyalı futbolçusu Reziuan Mirzov açıb. Qonaqlar 56-cı dəqiqədə bərabərlik qolunu vurublar.
Du Keyruş yaxın məsafədən topu tora göndərib. Lakin cəmi 5 dəqiqə sonra “Neftçi” yenidən hesabda önə keçib. Reziuan Mirzov baxımlı qolla dubla imza ataraq, oyunda son nöqtəni qoyub.
Bu komandalar iyulun 1-də Sankt-Peterburqda “Match TV” kubokunda üz-üzə gəliblər. Həmin qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.
18 noyabr
21:00. “Neftçi” (Azərbaycan) – “Zenit” (Rusiya) 2:1
Qollar: Reziuan Mirzov, 9, 62 - Du Keyros, 56
Bakı. “Neftçi Arena”.
"Neftçi": Rza Cəfərov, Dieqo Valdez, Azər Əliyev, Andre Şinyaşiki, Ruslan Abışov, Lukas Melano, Rəhman Hacıyev (k), Reziuan Mirzov, Aaron Olanare, Yuri Matias, Ervin Koffi
Ehtiyat oyunçular: Aqil Məmmədov, Eldar Babayev, Qara Qarayev, Mark Tamaş, Kenni Sayef, Azər Salahlı, İsmayıl Zülfüqarlı, Ömər Buludov, Turan Vəlizadə, Veqor Boqomolski
Baş məşqçi: Adrian Mutu
“Zenit”: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor
Baş məşqçi: Sergey Semak