“Neftçi” – “Zenit” oyunu bu hakimə tapşırıldı

18 Noyabr 2023 17:00 Neftçi 857
“Neftçi” – “Zenit” oyunu bu hakimə tapşırıldı

Noyabrın 18-da diqqətlər “Neftçi Arena”da olacaq.

Azərbaycanın ən köklü klubu yoldaşlıq görüşü çərçivəsində Rusiya nəhənglərindən sayılan “Zenit”lə üz-üzə gələcək.

Oyunu idarə edəcək hakimlər briqadası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, meydanda yaşananlara FİFA referisi Rauf Cabbarov nəzarət edəcək.

Laynsman qismində ona Namiq Hüseynovla Vüsal Məmmədov yardım edəcək.

Dördüncü hakimin kimliyi hələ ki, bilinmir. Təyinat oyuna bir neçə saat qalmış gerçəkləşəcək.

“Neftçi” – “Zenit” oyunu bu gün saat 21:00-da “Neftçi Arena”da keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti