“Neftçi” ilə oyun mənə çox lazımdır” - “Zenit”in hücumçusu söz verdi ki...

18 Noyabr 2023 19:20 Neftçi 552
“Neftçi” ilə oyun mənə çox lazımdır” - “Zenit”in hücumçusu söz verdi ki...

“Heç vaxt Bakıda olmamışam. “Neftçi” ilə oyun şəxsən mənə çox lazımdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Zenit”in legioneri Ulson İzidor “Neftçi”yə qarşı keçiriləcək yoxlama görüşü barədə danışarkən deyib.

23 yaşlı fransalı hücumçu oyun praktikası qazanmaq üçün qarşılaşmaya ciddi yanaşdığını bildirib:

“Sankt-Peterburqa qayıtdıqdan sonra Rusiya çempionatında qalib gəlmək üçün oyun praktikası qazanmalı, özünəinamı bərpa etməli, qarşıdakı rəsmi görüşlərə hazır olmalıyam.

Növbəti matçı hansı komandaya qarşı və necə oynamağımızın heç bir fərqi yoxdur. Rəqibin “Neftçi”, “Zenit”in əvəzedici heyəti olmasının və ya qeyri-rəsmi, yoxsa rəsmi görüş keçirməyimizin önəmi yoxdur.

Mən yüz faiz gücümü ortaya qoyacağam. Optimal formamı bərpa etməliyəm. Oyun praktikası artdıqca qollar da gələcək”.

Bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” görüşü saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti