"Zenit"in qapıçısı "Neftçi" haqda: "Düzünü desəm, xatırlamıram"

18 Noyabr 2023 17:20 Neftçi 679
"Zenit"in qapıçısı "Neftçi" haqda: "Düzünü desəm, xatırlamıram"

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama görüşü keçirəcək.

Sportinfo.az xəbər verir ki, Bakı klubu Rusiya təmsilçisi “Zenit”lə qarşılaşacaq.

"Zenit"in qapıçısı Mixail Kerjakov bu ilin yayında beynəxalq turnirdə "Zenit"in "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldiyi oyunla bağlı da danışıb:

"Həmin oyun çox da yadımda deyil. O zaman tribunada oturmuşdum.

Kənardan görünən bu idi ki, ikinci hissədə “Neftçi” fiziki cəhətdən bir az geriləmişdi.

Bakılıların da mövsümə hazırlıq dövrü idi. Görünür, onların fiziki hazırlığı heç də yüksək səviyyədə deyildi.

Amma bu, normaldır. Bəzi taktiki məqamlar barədə isə heç nə deyə bilmərəm. Düzünü desəm, xatırlamıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti