"Zenit"in baş məşqçisi Sergey Semak Rusiya futbolunun gələcəyindən danışıb.
Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis sabah “Neftçi”yə qarşı Bakıda keçiriləcək yoldaşlıq görüşünə də toxunub:
"Düşünürəm ki, yaxın gələcəkdə biz idmanda çox dəyişikliklər görəcəyik. Şənbə günü Azərbaycanda “Neftçi” ilə oynayacağıq.
Ondan əvvəl İran, Türkiyə, Qazaxıstanda olmuşuq. Ola bilsin ki, Braziliya klubları Sankt-Peterburqa gəlsin.
Şadam ki, turnirlər və yoldaşlıq oyunları təşkil etmək imkanımız var".
“Neftçi” – “Zenit” matçı bu gün "Neftçi Arena”da keçiriləcək və görüşə 21:00-da start veriləcək.

