Noyabrın 18-də Bakıda “Neftçi”ylə yoldaşlıq görüşü keçirəcək “Zenit” artıq paytaxtımızdadır.
Rusiya nəhəngini Sankt-Peterburqdan ölkəmizə gətirən çarter reysli təyyarə axşam 19.30 radələrində Heydər Əliyev adına Hava Limanına enib.
“Ağ-göylər”in Bakıya axşam saatlarında gəlməsi təsadüfi deyil. Komandanın baş məşqçisi Sergey Semak yoldaşlıq matçı öncəsi məşqə ehtiyac duymayıb. Odur ki, klub və komanda üzvləri aeroportdan birbaşa otelə yollanacaq.
Rəqib komanda paytaxtımızın dəbdəbəli mehmanxanalarından olan “Hilton”u seçib.
Qeyd edək ki, “Neftçi” – “Zenit” oyunu noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək.
HƏBİB

