Noyabrın 18-də ölkə futbolsevərlərin diqqəti “Neftçi Arena”da olacaq.
Şənbə günü “Neftçi” yoldaşlıq görüşü çərçivəsində Rusiyanın titullu komandalarından olan “Zenit”lə qarşılaşacaq.
“Ağ-qaralar”ın cari mövsümdə qeyri-sabit təsir bağışlaması çox güman azarkeş sayına öz təsirini göstərəcək. İndiki halda stadionun tam dolacağı inandırıcı görünmür.
“Forza Neftçi” ənənəsinə sadiq qalıb özünə doğma olan 1A sektorunda yerini tutacaq. “Forzalılar” məlum görüşdən əvvəl sosial şəbəkə hesabında paylaşım edərək fanatları arenaya səsləyib, bir cümlə ilə futbolçulara varlıqlarını xatırladıblar:
“Göz oxşayan” oyunlarınızın bu oyunla sona çatmasını diləyir, etdiyiniz hərəkətlərin ciddiyətini anlayacağınıza ümid edirik.
Bu oyunda da hər zaman olduğu kimi 1A sektorundayıq. Komandaya bizimlə birgə dəstək vermək istəyənlər biletlərini 1A sektoruna ala bilərlər”.
Noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

