İki səbəb tapdılar, “Neftçi”dən 1500 manat “qopardılar“

17 Noyabr 2023 08:30 Neftçi 707
İki səbəb tapdılar, “Neftçi”dən 1500 manat “qopardılar“

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqa, XIII tur

11.11.2023-cü il tarixində Premyer Liqanın XIII turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);

11.11.2023-cü il tarixində Premyer Liqanın XIII turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

11.11.2023-cü il tarixində Premyer Liqanın XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun, həmçinin 19.09.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 2 oyunluq şərti cəza üzərinə əlavə edilməkdə ümumilikdə 3 oyun cəzalanır, “Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 36.6, 32);

11.11.2023-cü il tarixində Premyer Liqanın XIII turunun “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti