"Zenit"in 2 aparıcı fiquru "Neftçi" ilə oyuna gəlməyəcək

17 Noyabr 2023 00:30 Neftçi 767
"Zenit"in 2 aparıcı fiquru "Neftçi" ilə oyuna gəlməyəcək

"Zenit"in iki futbolçusu Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.

47 yaşlı mütəxəssis kolumbiyalı hücumçu Mateo Kassyerra və Aleksandr Yeroxinin zədə səbəbindən qarşılaşmada iştirak etməyəcəyini söyləyib:

"Bəzi futbolçular milli komandalara gedib, zədəlilər də var. Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq.

Oradan 5-6 nəfəri səfərə aparacağıq. Mario Fernandes ümumi qrupla məşqlərə qoşulur".

Semak braziliyalı yarımmüdafiəçi Qustavo Mantuanın Bakıdakı görüşdə hücum xəttində çıxış edə biləcəyini vurğulayıb.

Noyabrın 18-də reallaşacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti