"Neftçi"də köklü islahatlar aparmaq niyyətindədir - Bunları komandadan göndərməsək…

16 Noyabr 2023 14:00 Neftçi 2 709
"Neftçi"də köklü islahatlar aparmaq niyyətindədir - Bunları komandadan göndərməsək…

«Neftçi»nin baş məşqçisi Adrian Mutu komandanın uğursuz dönəm keçirməsinin səbəbini açıqlayıb.

Premyer Liqanın geridə qalan hissəsində qeyri-sabit nəticələr əldə edən rumıniyalı mütəxəssis bununla bağlı klub rəhbərliyi ilə müzakirələr aparıb.

Yayda sükan arxasına keçən şərqi avropalı transfer siyasətindən narazılığını dilə gətirib.

Mutu bildirib ki, mövsümlərarası fasilədə düşərgəyə qatılan 11 futbolçunun əksəriyyəti onun tələblərinə cavab vermir. O, xüsusən ön xətt oyunçularından şikayətlənib.

Buxarest «Rapid»indən bura gəlmiş məşqçi qeyd ebib ki, qış fasiləsində «təmizləmə kampaniyası» aparılmasa, ciddi hədəflər uğrunda mübarizə aparmaq mümkün olmayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti