Ruslan Abışov yenidən "Neftçi"də…

16 Noyabr 2023 01:10 Neftçi 3 081
Ruslan Abışov yenidən "Neftçi"də…

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı eks müdafiəçi paytaxt təmsilçisinin Bakıda Rusiya “Zenit”inə qarşı yoldaşlıq oyununda meydanda olacaq.

Noyabrın 18-də keçiriləcək “Neftçi” - “Zenit” matçı saat 21:00-da başlanacaq.

R.Abışov ötən ay karyerasını başa vurduğunu açıqlayıb. “Neftçi”nin yetirməsi olan sabiq futbolçu 2006-2012 və 2017-2019-cu illərdə sözügedən klubda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM