"Neftçi" hələ öz baş məşqçisini tapmayıb, Mutu çox zəifdir”

15 Noyabr 2023 21:00 Neftçi 1 521
"Neftçi" hələ öz baş məşqçisini tapmayıb, Mutu çox zəifdir”

“Qısaca onu deyəcəm ki, "Neftçi" hələ öz baş məşqçisini tapmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasına “ağ-qaralar”ın sabiq idman direktoru Ceyhun Sultanov deyib.

2018-2020-ci illər aralığına paytaxt təmsilçisinin rəhbərliyində yer alan, hazırda isə menecer və “tiktoker” kimi fəaliyyət göstərən keçmiş funksioner Adrian Mutuunun təyinatının doğru qərar olmadığını bildirib.

Sosial şəbəkə fenomeni kimi son vaxtlar kifayət qədər populyarlıq qazanan Sultanov deyib ki, rumıniyalı mütəxəssis ona tapşırılan missiyanın öhdəsindən gəlməyə qadier deyil

Adrian Mutudan əvvəl Lorentsiu Regekamf, Roberto Bordin, Füzuli Məmmədov, Samir Abasovla yollar ayrılıb. Amma “Neftçi” düzəlmir.

Bəlkə problem başqadır? Sultanovu dinləyək:

“Ümumi problemi demək çətindir. Mən də "Neftçi"də çalışmışam.

Maliyyə problemi ola bilər. Bu gün görünür ki, istənilən maliyyə klub rəhbərliyi tərəfindən ayrılır.

Şəxsi fikrim odur ki, Mutu "Neftçi"yə layiq deyil. Bəs niyə burdadır? O, sadəcə, yaxşı futbolçu karyerası olduğuna görə "Neftçi"dədir.

Məşqçi olaraq çox zəifdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti