"Neftçi"də ara qarışdı: "Ayıbdır, belə şeyləri dayandırın" - VİDEO

22 Noyabr 2023 23:00 Neftçi 2 663
"Neftçi"də ara qarışdı: "Ayıbdır, belə şeyləri dayandırın" - VİDEO

"Neftçi" heç cür toparlana bilmir.

Qeyri-stabil çıxış 13-cü turda da davam etdirildi.

Bu dəfə komanda doğma meydanda "Sumqayıt"a məğlub oldu - 1:2.

Qəzəbli azarkeşlər qarşılaşmadan sonra "ağ qaralar"ın "media komandası"na hücum çəkib.

Səbəb son oyunlar öncəsi hazırlanmış promo videolardan narazılıq olub.

Fanatlar üzünü mətbuat xidmətinin rəhbəri Emin Əfəndi və digər media işçilərinə tutaraq "Onsuz da klub pis gündədir. Siz də bir yandan bizi biabır edirsiniz. Hansı günümüzə yaraşır belə atmacalar? Siz bununla rəqibləri yox, bizi, klubumuzu təhqir edirsiniz. Ayıbdır, belə şeyləri dayandırın" - deyə kəskin etiraz ediblər.

Tərəflər arasında artan gərginliyi yalnız polislərin müdaxiləsindən sonra dayandırmaq mümkün olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti